SABAHIN HAVASI

Gündəm 14:44 / 07.05.2026 Baxış sayı: 273

Sabahdan etibarən paytaxtda və bölgələrdə hava şəraiti kəskin dəyişəcək. Yağıntılı hava dalğası ölkənin böyük hissəsini əhatə edəcək.

Yenises.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Günün müəyyən saatlarında bəzi ərazilərdə yağışın qısa müddətə güclənəcəyi gözlənilir.

Ölkənin rayonlarında da ayın birinci ongünlüyünün sonuna qədər qeyri-sabit hava şəraiti hökm sürəcək. Ayın 8-dən başlayaraq əksər rayonlarda, növbəti iki gündə isə əsasən dağlıq ərazilərdə fasilələrlə yağıntı olacaq. Şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.