Qəhrəman adın mübarək - yazdı Şahverən Cavad
24 mart əfsanəvi kəşfiyyatçı , Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun cənnətdə mövludu günüdür
Dağlar da vüqarlı əsgər tək durub ,
Ağsaqqal qayalar bax , bardaş qurub .
Zirvələr dan yeri , dərələr qürub .
Qürurla döyünür neçə min ürək ,
Pəncəli , Qəhrəman adın mübarək !
Ömrünü xalqına bəxş edən insan ,
Şərəflə ad aldın - Milli Qəhrəman .
Gözün aydın olsun , Vahimə ana .
Adına bir dastan mən yazım , gərək ,
Pəncəli , Qəhrəman adın mübarək !
Başına milyonlar vəd etdi yağı ,
Hər zaman düşmənə oldun gözdağı .
Candan əziz tutdun ana torpağı ,
Toyunda dediyin arzular gerçək ,
Pəncəli , Qəhrəman adın mübarək !
Uca zirvələrdə tutmusan qərar ,
Heç vaxt saçlarına yağmaz bəyaz qar .
Gəldi vətəninə əbədi bahar .
Məzarın üstündə təzə , tər çiçək ,
Pəncəli , Qəhrəman adın mübarək !
2025