Ağaevli Əli Hacı - PAYIZA

Ədəbiyyat 12:44 / 24.03.2026 Baxış sayı: 496

Yol hamar olmadı ürəklə gedək,

Nə qədər vaxt qalır çataq payıza ?!

Qarşıda duman var,yağışı yağır

bir az yavaş yeri çıxaq payıza !

Şüşəsi çatlamış pəncərələrdən

kiminsə nəfəsi gizlədir üzün!

Bir az yavaş yeri qaçmır ki,payız

adam dərd yeyəndə tanıyır özün !

Onunda vaxtını yeyən tapılır

kəsilir günləri qışa çevrilir !

Nə olsun günəşin rəngi var onda

Tanrı üzündəkin alta çevirir !

Hər ağac barını verib yorulmuş,

Hər ağrı,acısı yarpaq üzündə.

Şəklin Allah çəkib,kim sevməz onu

Sonun gözəlliyi - torpaq üzündə...!

vaxtı kim yedi ki, çatdıq payıza

yol ona gəlirmiş,qatar payıza !

oxuyub-saraltmış sevgi məktubun

Tanrı gözlərindən atar payıza !