Kəmalə Abiyeva Aydınb qızı : - AZADLIQ
Ruhun azadlıq sevər.
Azadlıq istər.
Azadlığı geyinər, sevinər.
Ruhun azadlığa acdı.
Azadlıq ağıla möhtacdı.
Ağıla gələn deyil azadlıq, ağılla gələndi.
Hər istədiyini etmək deyil,
nə istədiyini bilməkdi,
dərk etməkdi.
Azadlıq dərkdi.
Anlamaqdı azadlıq.
Azad olmazsan anlamadığın yerdə,
anlamadığın birində.
Azadlıq “azadlıq” deyə bağırmaq deyil,
bağırtı deyil azadlıq.
Ürəyin ağılla sevgi pıçıltısıdı.
Dərkin tapıntısıdı.
Ay adam,
dərk edib anlasan,
Azad olarsan!