Bəhruz Niftəliyev: - Sən ey uçmuş ev

Ədəbiyyat 09:35 / 24.03.2026 Baxış sayı: 482

Sən ey uçmuş ev,

Sən ey köçmüş ev,

Sən ey keçmiş ev,

Xəyallarım, arzularım puçmuş, ev!

O növrağın, o cəlalın yoxdurmu?

Gülən eli düşmən əli yıxdımı?

Günəş yenə o təpədən çıxdımı?

Sən ey güclüm, həsrətimə dözdünmü?

Hər dəmimə, həsədimə dözdünmü?

Buradayam!

Sığallayam, ağacları budayam,

Bu çayımdır, bu otumdur, bu tayam.

Sən ey taclı ev,

Hər daşında yaddaşımdan bir pay var,

Nər döşündə qızıl alman, lalən var.

Sən ey Tanrı, burda başqa aləm var!

Cənnətini yaratdınmı xəbərsiz?

Azadam!

Nə quş səsi, nə hənirti, nə külək

Bu dağlarda, bu daşlarda Azanam!

Eşidirsən, Tanrı? Həmin adamam —

Narazıyam, yur-yuvama tamarzı.

Ayrılığı sənmi saldın, de, niyə?

Günahkarmı eylədilər Arazı!

Sən ey uçmuş ev,

Sən ey köçmüş ev,

Buradayam!

Qocəhmədli

23.03.2026