qapının arxasında, divarın o üzündə - Zahid Sarıtorpaq
Ədəbiyyat
11:05 / 22.07.2026
Baxış sayı: 421
* * *
qapının arxasında, divarın o üzündə
skripka çalınır, səsi sökür gecəni.
bir şülək işıq qonub zülmətin dodağına
qoşulub həmin səsə öpür o hər keçəni
dayanan yoxdu amma…
yatan yatıb eşitmir bu nədir, nə tifaqdı
kimin əlində qalıb kimin əməl dəftəri.
ömür çoxdan yazılmış - pozulmuş bir varaqdı
döyülür pəncərə ki, qalxsın o küskün pəri
oyanan yoxdu amma…
skripka çalınır… puçur-puçurdu gecə
axıb süzülüb gedən nədir görən hər yana
ah, özüdür, özüdür… duyuq düşdüm indicə
qan yox, Eşq adlı rəngdi,
boyansınlar kaş Ona
boyanan yoxdu amma…
2006.