Elnur Uğur Abdiyev - Bir eşqi sübut elədik

Ədəbiyyat 11:13 / 22.07.2026 Baxış sayı: 414

 

 

Bir eşqi sübut elədik,

Gəldik kimsə öyə bizi

Onlar da dərdtək böyütdü,

Dizlərinə döyə bizi.

 

Satıldıq don- don dəyişdik,

Dedik bu qanun,dəyişdik.

Hər sonra bir son dəyişdik,

Zaman basdı küyə bizi.

 

Gələndə aldatdı belə,

Qonaq gedirik yergilə.

Yer də üzə gülə- gülə,

Təslim etdi göyə bizi.