Əlizadə  Nuri - Bir ipək köynək kimiyəm

Ədəbiyyat 11:42 / 22.07.2026 Baxış sayı: 421

 

Şirin-şirin al canımı-

Qılıncında şəkər saxla.

Bu gün bir az öldür məni

Sabaha da şikar saxla!

 

Bəlkə mən eşq torpağıyam-

Bəlkə elə pirəm, zalım?

Hər gün səni çağırsam da

Adını bilmirəm, zalım.

 

Özgəsinə qıyma məni,

Özün elə sitəm mənə.

Bir ipək köynək kimiyəm-

Yaman tez batır qəm mənə..