Arzu ADA - GÖZƏL ÖLÜM.
.
Bir az qəmli.. bir az da komik
Esse
İçimdəki köhnə tanış çoxdan gəlir asta asta .
Qapı döymür.
Açar özündədir.
İllərdir divanın küncündə oturub məni seyr edir.
Adını çəkmirəm.
Çünki adı çəkilən şey gerçək olur.)
Çünkü hələ yaşamaq istəyirəm.
Bizim söhbətimiz yoxdur.
Bəzən gecə saat 3-də nəfəsim kəsiləndə o da dərin nəfəs alır.
Bəzən bir hekayə . seir..esse yazanda, son cümlədə qələmi əlimdən alır.
Bu qədər bəsdir deyir gözləri ilə.
Yazmış nə olacaq...Yenə kişili qadınlı sənin yazdıgını oxuyub köks ötürəcəklər...
...Kaş biz də belə yaza biləydik ..deyəcəklər
Amma aparıb <ürək+ göbəyi > Nazlı... mazlıya qoyacaqlar
Alnı düyünlüdür axı Nazlının.
Hamı qorxur ondan
Postunu ..şerini görəndə< bisimillah> deyirlər .
Cəzası agır olur .axı .Hünərin var onun yazısına laqeyid keç
Gör üstünə nə böhtanlar atar ..
Şərlər deyər.
Sən bəs kimsən ?!
Sakit.. səssiz yazıb atırsan bura
Qıraqdan baxıb :
. .. Bu millətin kodu niyə belə sınıq salxaqdır . deyə fikirləşirsən.
.Ancaq fikirləşirsən
Başqa heç nə ..
Gözəl düşüncə də budur yəqin.
Qışqırmayan.. yalvarmayan.. dram yaratmayan.
..
Əşşi . Keçək gözəl ölümə. )
O
sadəcə gəlib yanında oturub deyir.
. .Yorulmadınmı?
Mən burdayam. İndi gedəkmi.
Sən gözünlə işarə edirsən :
. Nazlını apar sonra mən
Dönüb baxır
Yox ..ondan qorxuram...
Da heç nə demirəm
Kişinin oglu qorxur da .)
Mən əvvəl elə bilirdim ki
ölüm qara libaslıdır, əlində oraqlı.
Yox...elə deyilmiş
Onun da qorxdugu adamlar varmış .
O ölüm
tanışdır. Çox tanış.
Gözəl ölüm izahat istəmir.
Heç kimdən halallıq diləmir.
Sadəcə bir gün səhər oyanırsan və görürsən ki,
pəncərənin o tayında Günəş var,
bu tayda isə sən artıq yoxsan.
Və ən qəribəsi nədir bilirsinizmi?
Öləndən sonra heçkim səni tam xatırlamır.
Biri deyir. Yaxşı şərbaz idi.
Nəfəsi böhtanla gedib gəlirdi
Birinə deyirlər
Qələmi iti idi
Vuranda <12 şkala> ilə vururdu )
Biri deyir..
YAZDIGI ŞERLƏR MONİTORDA DURDUGU KİMİ DURMAZ
ÇARPAR ADAMI .
Biri deyər .
Çox danışırdı.
(Guya özü az danışır )
Biri deyir...Bir dəfə inciditdi məni.
Beləcə .
Səni parçalara bölüb + bölüşürlər.
Sən isə artıq bütövsən. Heç bir parçaya ehtiyacın yoxdur.
Ona görə qorxmursan
BİR GÜN :
içimdəki köhnə tanışla... ölümlə çay içəcəyik.
Danışmayacağıq.
Lazım deyil.
O mənim bütün yarımçıq cümlələrimi bilir.
Mən də onun niyə bu qədər susduğunu.
Gözəl ölüm budur.
Arxanda söyüş ..qargış ..nifrət qoymadan getmək.
Bir ürəkdə səssiz qalmaq.
Və bir şair sənin adını bilmədən..səni tanımadan
illər sonra sənin kədərini yazması.
Çünki insan bədəni ilə yaşamır
..
Son deyil .
.
Ən gözəli isə budur
Bu dünyadan gedəndə nə kiməsə pul borcun ..nə söz borcun
Nə də
<Bir gün danışarıq>..borcunun olmaması
Son.