Əlirza HƏSRƏT - AZAD MƏTBUAT GÜNÜMÜZ

Ədəbiyyat 14:40 / 22.07.2026 Baxış sayı: 465

 

Sözümüzdən şirə çəkdi,

Ruhumuz çiçək-çiçəkdi.

Hamı deyir mübarəkdi,

Azad Mətbuat Günümüz!

 

Cücərib sözümüz dən-dən,

Üzümüzə gülür Vətən.

Əmanətdir Zərdabidən,

Azad Mətbuat Günümüz.

 

Oduna bax közümüzün,

Tüstüsü də özümüzün.

İşığıdır sözümüzün,

Azad Mətbuat Günümüz.

 

Mizrab coşub,dinsin pərdə,

Aşıq,sal düşməni dərdə.

Ən şirin Sözdür dillərdə,

Azad Mətbuat Günümüz.