Fərhad  Tapdıqoğlu  - Məzən olsun "Quqqu Hüseyn"

YAZARLAR 09:56 / 22.07.2026 Baxış sayı: 414

Bir az da təbəssüm

Olmuş əhvalatlar -22

 

Sərvər müəllimin dərs keçdiyi məktəb kəndlərindən təxminən altı kilometr aralıda yerləşirdi.

O hər gün bu məsafəni piyada qət edirdi.

60-ci illərdi.Evlərin çoxunda

zəngli saat ( budilnik ) belə yoxdu.

Kənd camaatı xoruzun ilk banı ilə oyanır, mal-qaraya ,toyuq-cücəyə baxır, iş- güclərinin arxasınca gedirdilər.

Bir zamanlar imkansızlıq ucbatından xoruzları olan kənd camaatı onu ya kəsib,bişirib yeyib,yaxud rayon mərkəzində satıb,həmin pulla un almışdılar.

Vəziyyəti belə görən Hüseyn xoruzların əvəzinə həmin vaxtda "banlayaraq" insanları yuxudan oyadırdı: "Quqquluqu"...

Onun artıq ləqəbi də vardı:

"Quqqu Hüseyn" deyə çağırırdılar .

Uzun gecəli qış günlərinin birində Sərvər müəllim növbəti dəfə "Quqqu Hüseyn"in "banından "sonra oyanır,yuyunur,geyinir və termosdan bir stəkan çay süzür ,salma çay( şirin çay) düzəldib ,şor- çörəklə içir və işlədiyi məktəbə yola düşür.

Yolda bir neçə it hətta ona hücum çəkir,o özü ilə gəzdirdiyi ağacla itləri qovmağa müvəffəq olur.

İşlədiyi məktəbə çatan Sərvər müəllim,məktəbin darvasasını bağlı görür.

Düşünür: " Quqqu Hüseyn" axı həmişə xoruzun ilk banında banlayır. Niyə belə səhv etsin ?"...

Bir saata yaxın soyuqda gözləyir,nəhayət məktəbin darvazası açılır...

... Sərvər müəllim dərsini deyib qurtarandan sonra evinə qayıdaraq "Quqqu Hüseyni" axtarır,tapır.

O Sərvər müəlimi görəndə şaqqanaq çəkib gülür.

Məsələ aydın olur.

"Quqqu Hüseyn" vaxtından bir saat əvvəl " banlayaraq" kənd camaatı ilə,o cümlədən Sərvər müəllimlə məzələnibmiş...

Məzən olsun "Quqqu Hüseyn"..