Qadını xilas edərkən özü boğuldu
MƏMLƏKƏT
19:55 / 07.07.2024
Baxış sayı: 5287
Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.
Azxəbər.com-un məlumatına görə, 1994-cü il təvəllüdlü Anar İsmayılov dənizdə batıb.
Belə ki, mərhum çimərlikdə başqa bir qadının batdığını görüb və onu xilas etməyə çalışıb. Qadın sağ qalsa da, Anarın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Anar ticarət mərkəzlərinin birində mühafizəçi işləyib.