Fərhad Tapdıqoğlu - "Evimizdə göbələk yemişəm"

YAZARLAR 09:23 / 01.10.2026 Baxış sayı: 530

 

Məzəli əhvalatlar-10

Dodaqqaçdl

Səməngül dədə-baba adətiylə gəlin köçür.

Toyun ertəsi günü ər evinin adamları ( qaynata, qaynana ,baldız) bir süfrə arxasında əyləşib ailə quranları təbrik edirlər.

Səməngül əlini süfrəyə uzatmır.Hamı fikirləşir ki,"gəlin utanır,eybi yox"...

Ertəsi gün gəlin yenə ər evində çörək yemir.Yenə də qaynana Səməngülə baxıb düşünür:

"Bizdən utanır ,sonra həyat yoldaşı ilə yeyər.Ac qalmayacaq ki...Görünür gəlinim gözəl ailə tərbiyəsi görüb."

Sonrakı gün də nə İllah eləyirlərsə,yenə də təzə gəlin heç nə yemir.

Qaynana:

--Ay gəlin,sən artıq bu evin qızısan.Utanma,niyə utanırsan ? Ye bala ,ye.Acından ölərsənki?- təkid edir.

Gəlin nəhayət dillənir:

--Yoox ee, utanmıram.

Toy günü anam göbələk qızartmışdı. Çox dadlı idi.İstəmirəm ki,onun dadı,tamı başqa xörəklərə qarışsın-deyir .

Süfrə arxasındakılar gülüşürlər.

Bu dəfə qaynata dillənir:

-Ay gəlin ,göbələyin dadı-tamı həmişəlik damağında qalmayacaq ki ,bala?!

Qaynananın xörəklərinin dadı da gözəldir .Ye,qızım ye- deyir.

Acından mədəsi sıyrılan Səməngül nəhayət ki, yeməyə girişir,doyunca yeyir.

Ata ocağında yediyi göbələyin dadı-tamı qaynata evində bişən xörəklərin dadı- tamına qarışır...

Gəlinin rəngi-rufu yerinə qayıdır...