Bəhram Bilaloğlu -Ümid verən İlahinin

Ədəbiyyat 10:52 / 01.10.2026 Baxış sayı: 1994

Ümid verən İlahinin

Sonsuzluğa xətti vardır.

Bəslədiyin ümidlərin

Alt qatının səddi vardır.

 

Zahiri pak,batin ləkə

Satır yalan yalan üstdə.

Ümid adlı inam qurur

Varlığını verir büstdə.

 

Dar ağacı darda qalır,

Məzlum ona sarılanda.

Boşluqlara düşür adam,

Ümidləri qırılanda.

 

Tanrı bilmə Allahı sən,

Məkan ayrı,ruh ayrıdır.

Qarşısında diz çökdüyün

Büst başqadır,ah ayrıdır.