Tural Cəfərli -Sən gedəndə bu şəhər
Sən gedəndə bu şəhər-
Ovcuma sığışırdı.
Bayramda qonum-qonşu,
Bir evə yığışırdı.
Sən gedəndə bu şəhər-
Qaynayıb-qarışırdı.
Kin tutmurdu adamlar,
Küsənlər barışırdı.
Səndən gedəndə bu şəhər-
Hələ ümid verirdi.
Yorğun düşən arzular,
Bir az nəfəs dərirdi.
Sən gedəndə bu şəhər-
Yollara gül toxuyan,
“Motsart”, “Şopen” dinləyən,
“Hüqo”, “Kafka” oxuyan,
Bilinməyən sirr idi,
Qəribə bir yer idi…