Əlirza   Həsrət - AY ŞUŞA

Ədəbiyyat 12:21 / 30.09.2026 Baxış sayı: 619

 

 

Səndən ötrü çox darıxıb,-

Çox çəkmişik ah,ay Şuşa.

Azərbaycan torpağında,

Şah taxtısan şah,ay Şuşa.

 

Qucaqlayıb duman dağı,

Suyu bal İsa bulağı.

Bayrağımız Sülh çırağı,

Sığal çəkir meh,sy Şuşa.

 

Xarıbülbülün üzündə,-

Təbəssümə bax özün də.

O kimdir,Cldır düzündə,-

Oxuyur "Segah",ay Şuşa?

 

Vəsf eləyib Aşıq Pəri,

Xurşidbanu bəxtəvəri.

Vaqifin şux gözəlləri,

Gətirib pənah,sy Şuşa.

 

İgidlərin qol-qanadın,

Düşməni yıxdı inadın.

Tanrı duasıdır adın,

Sən də qibləgah,sy Şuşa!