Xatirə Rəhimbəyli - Xəyalım fırlanır qırıq val kimi

Ədəbiyyat 10:58 / 30.09.2026 Baxış sayı: 638

Xəyalım fırlanır qırıq val kimi,

Eh,indi bilməzlər qırıq val nədir.

Nədi bu dunyayla döyüşün sənin,

Nədi, ürəyinə düşən xal nədir...

 

Dağılmış muncuqlu nəzəriyyələr,

Ən gözəl sözə də hamı "hə" demir.

Ən ulu kəlamı bəyənməyənlər,

Dünyada ən gözəl o söz nə?

 

Demir...

Dünya ciliklənmiş aynadır indi,

Hər kəs öz əksiylə tənhadır,təkdir.

Hər kəs öz-özüylə ittifaq qurub,

Hər kəs öz-özüylə döyüşəcəkdir

Ümidlər zamanın burulğanında

batib...

Düşdüyümüz,ah,bu hal nədir?

Dunya da fırlanır qırıq val kimi,

Hec kəs də bilmir ki, qırıq val nədir...