Ələddin Əzimli - AYAQLARI YALIN AĞAC
Hərdən
budaq-budaq silkələnirsən,
yarpaq-yarpaq əl eləyirsən,
gənclik
yuxularımdan boylanan ağac.
Getdim o vaxt
səndən, özümdən çox-çox uzağa.
O uzaqlıqdan
bilə-bilə səsləndım sənə.
Bilirdim,
hardasa, qırılacaq bu səs.
Doğma yarpalar töküləcək
yad ağacların başına.
Qəmli-qəmli boylanacaqsan bu mənzərəyə,
gənclik
yuxularımdan boylanan ağac.
Uzaq da
dönməzlik kimidir.
Burada,
Buradakı cavan ağaclar da
bənzəyir sənə.
Ancaq
çox keçıb o vaxtan.
İndi
əsər yoxdur delə
o budaqlardan, yarpaqlardan,
gənclik
yuxularımdan boylanan ağac.
Kollara, ağaclara çırpıla-çırpıla
mənim tək birnəfəsə qaçmaqdan,
heyf sənə,
gövdəsi kəsik-kəsik,
yarpaqları parç-parça,
ayaqları yalın ağac.
Gənclik
yuxularımdan boylanan ağac.
01. 10. 2026.