Fərhad Tapdıqoğlu - Dəymə
(dialoq)
- Ay Zaur ,heey..
-Heey. Eşidirəm ,Səməd.
-Gəlirsən ?.
-Gəldim .Sabahın xeyir.
-Aqibətin xeyir.Ona bax ee,boz inək buzoy(v)u buynuzduyur.Ho-ha...
--Dəymə,aralandı.Ha- ho..G(c)amışa bax ee mallardan ayrılmaq istəyir.
--Dəymə,qayıtdı.
-Heyvanları örüşə ötürürlər....Zaurla Səməd söhbət edirlər..
--Kiçik oğlum yaman dəymə-düşər olub.O günü köpoğlu( köpəkoğlu) ayaqqabısı zımırttaxlı (palçıqlı,zığlı)evə girib.Arvad deyir ki," xətrinə dəymə,uşaqdır".
- Bəs mənim böyük oğlum şəlliyə ( sıx kol- kos,ot- əncər,şax- şəvəl olan yer) girib.Arvad ona dişinin dibindən çıxanı dedi:"bala demirsən ilan - çağan olar orda".Mən arvada dedim ki,yekə kişidir ,dəymə qoy ürəkli böyüsün..
- Həə,arvad bazarlıq eliyəndə aldığından qırta- qırta bir az pul toplayıb. Mənə deyir ki,o pula dəymə,
ehtiyatdır dəymə"...
-- Belə bir məsəl var ee," paraya dəymə,bütöy(v)ü kəsmə,doğra ,doyunca ye"..Vallah bizim arvad deyir hər şey alaq,yeyək, geyinək,üstəlik "zapas" pulumuz da olsun..
--Atam qoca kişidir,həyətdə ,bacada hərrənir( hərlənir).Bir az nadəmət adamdır.Deyirəm " arvad kişinin ürəyinə dəymə."
Arvad deyir ki," təərim yoxdu,qoy bir az da o biri gəlini baxsın.Əlimdəki çomaqla istədim bir dənə vuram... özümü saxladım.Dedim"get burdan,gözümə görünmə,dəymə"..
-- Sonra nə oldu,barışdınız?
- Həə uşaqlar barışdırdı. Dedilər ki," ata dəymə ona"
-- Həə o günləri qonşu kəndə qaynım gilə getmişdim.Bağlarında ərik təzə dəymişdi.Uşaq bir - iki ərik dərmişdi.Qaynım arvadı uşağa bir- iki dənə çəkdi ,dedi ki,"əriyə də,o biri meyvələrə də dəymə,qoy yetişsin" Deyirəm " ay gəlin, uşağı niyə vurursan, dəymə ona"...
-- Bilirsən yadıma nə düşdü .Qardaşımın oğlu bostandan qızarmış pomidorları dərib ,tığ eləyib,( üst- üstə,necə gəldi) yığıb..Başa saldım ki,elə olmaz.Qardaşım arvadı dedi ki," uşaqdır də ,dəymə,ağlı kəsmir,yenidən yığar"
- Evə çəkdiyim elektrik xəttində nasazlıq vardı.Ora bir lövhə yazıb asdım ki,"əl dəymə öldürər".Yaxşı ki,yazıb asmışam,yoxsa uşaq məftilə əl vuracaqdı..
- Uşaqdan söz düşmüşkən,uşağı göndərmişəm ki, gedib heyvanlara bir az ot çalıb,gətirsin.Bir də gördüm atdana- atdana gəldi ki,"qoruqçu qoymadı,dedi ki,ora qoruqdu, ota dəymə".Bilirsən də qoruqçu Mövsüm çox xuturu ( pis,sarsaq,cəfəng) adamdır..
-- O belə adamdır ki,deyir ki," dəymə mənə dəyməyim sənə".Baxma işində məsuliyyətlidir..
..Nə isə..İnək qoruğa girir .Ho- ha..
-- Dəymə ,qayıtdı..Gamışı qoyma .Ha- ho...
- O radionu aç görək nə var.Konsert olmalıydı..
- Müğənni oxuyurdu:.
"Bir gözələ vuruldum,
Dedim ona,dəymə,dəymə.
Həsrətindən qovruldum,
Yandı canım odda,dəymə"
- Bəh...bəh...gözəl oxuyur..Həə....Axşam arvad deyir ki,"a kişi,yaman yaxşılaşmısan,göz dəyəcək sənə"
- Ona denə ki, " dəyəndə dəyəcək.gözə deyim dəymə?" Bəlkə göz muncuğu gəzdirəsən?
- Hər ikisi gülür..
-Heyvanlar ottuyub ,doyub ,yatırlar. Gəl biz də süfrə açaq..
--Süfrə açıb ,nahar edirlər..Allahın verdiyi ruzuya görə şükr edirlər:
"Allah, verdiyin ruzuya dəymə,artıq istəmirik.Allah,xalqımıza,millətimizə dəymə!"