Təranə Məmməd - Dənizmi tənhadır, ya mənmi tənha?

Ədəbiyyat 10:46 / 18.08.2026 Baxış sayı: 253

Yenə də üz-üzə, yenə ikimiz,

Baxırıq sakitcə bir-birimizə.

Ruhumuz səmada,fikrimiz göydə.

Oxşardır bəlkə də taleyimiz də.

Ümmantək görünür gözümə dəniz,

Dayanıb qarşımda o məğrur, tənha.

Hərdən düşünürəm içimdə səssiz,

Dənizmi tənhadır, ya mənmi tənha?