Ağaevli Əli Hacı - Gözlərimin şehi kipriklərimdə

Ədəbiyyat 10:11 / 18.08.2026 Baxış sayı: 224

Gözlərimin şehi kipriklərimdə,

dilimin ucunda sözlərim gecələyir !

Yaşamağa əsir Ruhum,

bədən ağrılarımı incələyir !

 

Ayaqlarım yolda qaldığından,

ümüdlərin arxasınca getmədim !

İki gözüm solda qaldı,

ürəkdən uzaq gedə bilmədim !

 

Darıxmağa yer o,qədər böyük oldu ki,

yaşamağa yer qalmadı !

Göyün altında Allaha ev tikdilər,ev

orda,Allaha yer olmadı !