Aqil Abbas SƏRHƏDÇİLƏRİ TƏBRİK ETDİ
Cənab general - polkovnik!
Çox hörmətli Elçin Quliyev!
Sizi və Sizin şəxsinizdə sərhəd mühafizə orqanları əməkdaşlarını peşə bayramınız münasibəti ilə ürəkdən təbrik edirəm!
Hamımıza bəlli olduğu kimi, müstəqilliyimizin bərpasından sonra Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biridir!.
Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Sonrakı illərdə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.
Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından ən mühüm addımlardan bir olub.
Cənab general - polkovnik!
Sevindirici haldır ki, son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.
Çox hörmətli Elçin Quliyev!
Hər birimiz çox yaxşı bilirik ki, DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zaman sərhədçilərimiz qarşısında qoyulan döyüş tapşırıqları ən yüksək bir şəkildə, peşəkarlıq və döyüş sücaəti ilə yerinə yetirilib.. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.
Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb.
.
Göstərdikləri igidliyə görə 12 sərhədç “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.
Bu gün də Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur. Biz Sizlərin hər biri ilə qürur duyur və sərhədlərimizin etibarlı oğullarımız tərəfindən qorunduğuna inanır, həm də güvənirik!
Bir daha Sİzi və bütün şəxsi heyyəti təbrik edir. hər birinizə müqəddəs işinizdə uğurlar diləyirəm!
Aqil Abbas, millət vəkili, Yazıçı -publisist