Aida Adıgözəl - DÜŞMÜSƏN

Ədəbiyyat 13:14 / 18.08.2026 Baxış sayı: 149

 

Köhnə sevdam, məhlənizdən keçirəm,

birdən-birə yar, könlümə düşmüsən.

Həkim dedi:- qızdırmam var, xəstəyəm,

arzuladım nar, könlümə düşmüsən.

 

Əlim gəlməz qapınızı döyməyə,

çağıram gəl, bir cüt alma dərməyə,

əlləşəsən köynəyimdən girməyə,

yaxası dar, dar, könlümə düşmüsən.

 

Gözün yolda, gözləyirsən işarə,

bəlkə bu qız dönüb gələr dübarə,

xəbərin yox xəbərdən ay biçarə,

qapıda yar, yar, könlümə düşmüsən.