Xatirə Rəhimbəyli -  QORXMA

Ədəbiyyat 13:25 / 18.08.2026 Baxış sayı: 122

 

Zarafatyana

 

Ölümdən nə yaman qorxursan belə,

Qorxma,pis admlar ölmür ki...Qorxma.

Ölüm mələyi də mələkdi axı,

Pis adamçün tez-tez gəlmir ki...Qorxma...

 

Yenə gözünəmi durur günahlar,

Qorxma,səni tutmaz mən çəkən ahlar.

Demir ki,yerini axşam-sabahlar,

Son saat yerini bilmir ki...Qorxma...

 

Neçə eşq odundan keçdi ürəyin ,

Neçə daş divarı aşdı ürəyin?

Buzdu baxışların,daşdı ürəyin,

Daşlar hələm-hələm solmur ki...Qorxma..

Hər ”ölürəm” deyən ölmür ki...Qorxma...