Əşrəf Veysəlli - KÖNÜL VER
Gör nə güllər açıb dərdin bağında,
Dər bu çiçəkləri, dər də, kpnül ver.
Mənası yanmaqsa yaşamağın da,
Yanıb yaşamağa bir də könül ver.
Yer göyə qardaşdı, ay qünə bacı,
Buluddan paltarı, şəfəqdən saçı.
Hər dərdə göylərdə gəzmə əlacı,
Dərdin özünə də yerdə könül ver.
Ay Əşrəf, taledən, bəxtdən bezincə,
Dərdi kağızlara düz incə- incə.
Vəfasız dostlarda vəfa gəzincə,
Könül ver, vəfalı dərdə könül ver.
1993-cü il.