Əşrəf Veysəlli - DARTINIR
Ədəbiyyat
09:34 / 02.06.2026
Baxış sayı: 457
Bəşərin başının üstünrə yenə
Fəlakət hərlənir, qovğa dartınır.
Harda dəniz varsa sahillərinə
Qasırğa şığıyır, dalğa dartınır.
Gözüm- dan üzünün sökelən yeri,
Yerim- ayaqların çəkilən yeri.
Qəlbim- sevgimizin su gələn yeri,
Eşqimiz o köhnə arxa dartınır.
Hər kolun dibindən qalxır əzrail
Canda qorxu varsa,- qorxu- əzrail.
Nə iti fırladır çarxı əzrail,
Yoxsa dünya özü çarxa dartınır?
Mənimsə gicişir dişim doxsana,
Görək düşşəcəkmi işim doxsana.
Uzaqdan əl edir yaşım doxsana,
Eşqim otuz beşə, qırxa dartınır.
Daraşıb İrana, Turana virus,
Çaylağa, yaylağa, arana virus.
Bu VƏTƏN!
Bu da ki karonavirus,-
Qızıl quş üstünə qarğa dartınır.
2020- ci il