Elnur Uğur Abdiyev - Nurlu səhər eşqinə...
Nurlu səhər eşqinə,
Sevginlə oyat məni.
Məhəbbətçün yaradıb
Sevgilim həyat məni.
Mən ona kəbinliyəm,
O mənə vurğun yaşar.
Sevgisiz nə arzular,
Nə də ki qanım coşar.
Sevgidir doğur nuru,
Günəş eşqimlə çıxır.
Fikrimin səmasında,
Yenə bir ulduz axır.
Axan o ulduz ilə
Sənçün niyyət tuturam.
Səndən başqa nə varsa,
Nə varsa unuduram.
Bax nə gözəl doğub Gün,
Həyat yaşa,sev deyir.
Sevgilim həyat üçün,
Doğur sevgilim şeir.