Əlirza HƏSRƏT  -SALAVATI ŞEİR QADLN

Ədəbiyyat 20:59 / 14.05.2026 Baxış sayı: 476

 

Zikr eləyib namaz üstə,

Nə gözəl baş əyir qadın.

Tanrı eşqidir duası,

Salavatı şeir qadın.

 

Həmdəm sandım koğuşları,

Ahım hürkütdü quşları.

İşıq tutdu göz yaşları,

Haqq qapısı döyür qadın.

 

Tanrıya tutub üzünü,

Unudub dərdi,hüzünü.

Namaz Əhlidir,özünü,-

Gör nə gözəl öyür qadın