Şakir Xanhüseyn - OLMADI
Tükü tükə tutdunsa da,
diləyin hasil olmadı.
Bax, quru görünsün deyə
gözünü ha sil, olmadı...
Dərdə oyna, bir sevin də;
səni ancaq dərd sevir də.
Əsil birinin evində
sərməyə həsir olmadı...
Nə qaynayır qazanında,
yolu var yol azanın da...
Ağır anında
yanında,
heyif, heç kəsin olmadı...