Bəhram   Bilaloğlu - Limana çatmamışam ki

Ədəbiyyat 08:00 / 31.05.2026 Baxış sayı: 1827

Limana çatmamışam ki,

Necə əl çəkim namazdan.

Nə olsun, fırtınalar var,

Niyyətim düşməz avazdan.

 

Gecələr ərşə çəkilən

Şəkərli yuxu itirdim.

Sən hələ hikmətə bir bax,

Batini Haqqa yetirdim.

 

Ümmana bənzəyənimdi,

Kür kimi axır sözüm də.

Kimsəyə boyun əymərəm,

İlahi vardı gözümdə.

 

Bəşərə çatmayanda səs,

Eşidir, duyur Lillaham.

Ötəndə qəza yanımdan,

Deyir ki: “Bəndə, Allaham.”