Əlirza HƏSRƏT - OLDUQ

Ədəbiyyat 09:45 / 30.05.2026 Baxış sayı: 470

 

Bir getmişdik,bir qayıtdıq beləcə,

İki canda vuran bir qəlb biz olduq.

Qucaq oldu yol ayrıcı qollarım,

Bir cığırda ikimiz bir iz olduq.

 

Şəklimizi kim çəkibsə bu selə,

Gözlərimin qaçıb yuxusu elə.

Son nəğməni oxuyanda Qu elə,

Nəqəratı sükut dolu söz olduq.

 

Hər görəndə dağları ağ naxışda,

Qübarlandı könlüm ayrı baxışda.

Dincimizi alanda bu yoxuşda,

Özümüz öz üstümüzdə göz olduq.