Üşüyür , yolumu gözləyən o ev - Şahverən Cavad

Ədəbiyyat 19:50 / 30.05.2026 Baxış sayı: 198

 

Külfəti böyüyüb qəbirstanlığın .

Burda başdaşılar alır salamı .

Sanki , çoxuşaqlı aılə kimi ,

Bir yorğan altında uyuyur hamı .

Üşüyür , yolumu gözləyən o ev ,

Divarlar qəlbim tək çat verib yenə .

Atamın , anamın uyuduğu yer ,

Ata ocağı tək əzizdir mənə .

Qapısı bağlıdır son mənzillərin ,

Məzarlar qabarıb , səbr tək daşır .

Sanki , iki dünya ayrılır burda ,

Sərhəd dirəyi tək durub başdaşı .

Xəzana düşübdür burda ömürlər ,

Hər məzar bir ovuc payız saxlayır .

Dayanıb - işləmir vaxtın saatı ,

Hər kəsin yaşı da yerində sayır .

Heç yerdə tapmadım rahatlıq , hüzür ,

Allah , bu gen dünya ruhuma dardır .

Ömrün qayğıları tutub yaxamdan -

Anamın yanında - burda yatardım .

30 . 05 . 2026