Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO

MƏDƏNİYYƏT 21:29 / 24.05.2026 Baxış sayı: 183

 

Mayın 22-də Gəncə şəhər Mərkəzi kitabxanasında əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini, tanınmış şair-publisist Əbülfət Mədətoğlu ilə oxucuların görüşü keçirilib.

Tədbir Aidə Abdullayevanın aparıcılığı və təşkilatçılığı ilə təşkil olunub. 

Ədəbi məclisin girişində Əbülfət Mədətoğluna məxsus olan video-çarx oxuculara təqdim olunub.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova tədbiri açıq elan edib.

Daha sonra, Salman Qaralar, Fazil Sənan, Zülfiyyə Yaqub, Aləmzər Əlizadə, Səlbi Baxış, Az.Respub. Milli Məclisin Azportal xəbər saytının Gəncə bölməsinin direktoru Dəniz Əlizadə, İmam Cəmilli, Əməkdar müəllim İsgəndər Fərhadoğlu, GDU-Tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Maarif Quliyev və idarənin könüllü gəncləri, Fərək İB-nin gəncləri, Gəncə şəhər MKS-nin direktor vəzifəsini icra edən Tərifə Abbasova,və şairin tələbə yoldaşı Sərdar müəllim çıxışlarda şairin yaradıcılığından və həyatından söhbət açıblar.

Müəllif tədbir boyunca öz şeirlərini səsləndirib və oxucuların suallarını cavablandırıb.

Sonda şair Əbülfət Mədətoğlu oxucular üçün öz kitabların ıimzalayıb.