Xanım İsmayılqızı -  DÜNYAYA

Ədəbiyyat 11:00 / 27.07.2026 Baxış sayı: 244

 

Gün doğulur - an üstə,

Həvəs çökür - can üstə,

Addımlar - vicdan üstə

İtilənir dünyaya.

 

Hər gələn - daddan keçir,

Möhürlü addan keçir,

Kül olur - oddan keçir,

Ütülənir dünyaya.

 

Gecə - ömür kimidir,

Tale - dəmir kimidir,

Yazı - əmr kimidir,

İtələnir dünyaya.

 

Sevinc azdı - çox olmur,

Torpaq acdı - tox olmur,

Yarananlar - yox olmur,

Səpələnir dünyaya.

 

Şəkil - 1970-ci il.