Ağaevli Əli Hacı - Son papirosun yerinə
Ədəbiyyat
12:18 / 27.07.2026
Baxış sayı: 256
Son papirosun yerinə ,
Bu,qəmi də tək çəkəcəm !
Vaxtımın göyçək üzünə,
Qəm şəklin,göyçək çəkəcəm !
Yoluma çörək əvəzi,
Vermişəm yeməyə sözü !
Sinəm-kətan,fırça-gözüm
Olanı görcək,çəkəcəm !
Rəngi alıb öz günümdən,
Rəngləyəcəm gündəmi də !
Qalmaq üçün gündəmində ,
Dünyanı gerçək çəkəcəm !