Elnur Uğur Abdiyev - Sevdim hər gün Günəş doğan səhəri

Ədəbiyyat 09:15 / 27.07.2026 Baxış sayı: 119

Sevdim hər gün Günəş doğan səhəri,

Mən törətdim həsrətimin qətlini.

Gün eşqiylə ulduz- ulduz doğradı,

Gecələrin eşq sancısı bətnini.

 

Dan yerinin çığırtısı bürüdü,

Eşqdən uçdu qaranlığın türməsi.

Ta zülmətin qatılığın uddu da,

Göy ananın Günəş adlı körpəsi.

 

Sevdim belə əzmi,ruhu inandım,

İnancımla çox zahirdə batinəm.

İlk gəlişdən qaranlıqlar yarmışam,

Mən doğuşdan əli qanlı qatiləm.

 

Bir adım da nurdur,elə işıqdır

O işıq ki, sevdalara fırfıra.

Mən eşq ilə yaşayıram,ay adam,

Həsrət olan hər yer buzdu,sırsıra.