Nazim Əhmədli - Hamburq-Oslo təyyarəsində
Yenə göy üzündəyəm,
buludların üstündə;
telefonu söndürmüşəm,
qulaqlarım da səsdə;
yuxarıda göy üzü,
aşağıda bulud var;
mənzilə çatmaq üçün,
həm arzu, həm umud var;
təyyarədə uçanlar
hərə bir yandan gəlib;
İsveçdən, Almaniyadan,
şərqdən, Turandan gəlib;
hamını gözləyən var,
uçduğumuz limanda;
saatın əqrəbləri
tez atdanır zamandan;
indi çata-çatdayıq,
deyən enirik yerə;
dan üzündə işıq var,
az qalıbdı səhərə.
24.07. 2026. Norveç Kralllğı, Oslo şəhəri