Fərhad Tapdıqoğlu - Düşüncələr
Əyninə üst-üstə neçə -neçə enli tumanlar geyən ,ortasına yun şal bağlayan ,başında kələyağı, başı çalmalı ,ağzı yaşmaqlı analarımız,nənələrimiz üçün çox darıxdım...
=
Bədənimiz hər an çirklənir,əlimizi,üzümüzü yuyuruq, yuyunuruq,çimirik.
Çirkli paltarlarımızı dəyişirik.
Amma daxilimizdən, içimizdən bixəbər oluruq .
Onların da təmizlənməyə ,yuyulmağa ehtiyacı olsa da,bunu etmək mümkünsüzdür.
Ehh...nə olur olsun təki mənəviyyatımız çirklənməsin,vicdanımız çirklənməsin!
Həmişə təmizlikdə!
=
Uşaq olanda qəbiristanlığın yanından keçməyə qorxurduq.
Yaşa dolmuşuq ,ora özümüz gedirik, bəzən uzun illər görmədiklərimizi "daşdan baxan" görürük...
Xəyallara dalıriq, düşünürük,özümüzün qəbir evimizi,məzarımızı xəyalımızda canlandırırıq...
Hamımızın əbədi yuxuya getdiyimiz məkan...
Düşünək dostlar,düşünək...
Sonumuzu da düşünək hərdən...