Adilə Nəzər -Bayatılar

Ədəbiyyat 11:58 / 23.07.2026 Baxış sayı: 402

 

***

Qardaşım, arxa dağım,

Bülbüllü, barlı bağım.

Heç demirəm təkəm mən,

Sən varsan, var sol-sağım.

***

​Gül açılar, yaz gələr,

Könlümə avaz gələr.

Qardaşı olan kəsin

Dərd-qəmi də az gələr.

***

​Söykəndim dağına mən,

Baxdım sol-sağına mən.

Qardaş, adın gələndə

Qaçaram yaxına mən.

***

​Dağların qarı mənəm,

Budağın barı mənəm.

Qardaş, yarın ağrısa,

Ağrıyan yarı mənəm.

***

Rəbbim versin şəfanı,

Çəkmə kədər, cəfanı.

Görüm yenə üzündə

O əvvəlki səfanı.

***

​Yolu gözlər gözlərim,

Şirin dadmır sözlərim.

Qardaş, sən sağalsaydın,

Gülərdi yaş gözlərim.

***

​Dualarım sənədir,

Ümidim Rəbbimədir.

Qardaş, bir ağrın olsa,

Yüz ağrı sinəmədir.

22.07.2026