Bəhram Bilaloğlu- Sən gecənin ətiri...

Ədəbiyyat 10:00 / 23.07.2026 Baxış sayı: 2215

Sən gecənin ətiri,

Mən sübhün azanıyam.

İlahinin əmrini

Qəlblərə yazanıyam.

 

Əlifdən mimə qədər

Hecalanır sözlərim.

Yerdən göyə ucalır

Bəxş etdiyi gözlərim.

 

Gözüm maha boylanır,

Fikirlərim dincəlir.

Fikirlərin içində

Sevgilər də incəlir.

 

Məhəbbətə üz alan

Mənim sirdaşlarımdı.

Kimlərin qəlbi pakdı,

Mənim yardaşlarımdı.