Xəyalə Sevil - Əsas ayrılıqdı, sən onu qoru...
Əsas ayrılıqdı, sən onu qoru,
Hayana dönsək də ona çıxmışıq.
Gör bir əvvəlimiz harda başladı,
Gör bir necə gəlib sona çıxmışıq?
Bir az uzun çəkdi bu hal, neyləyək?
Mənə cəzamısan, mükafatmısan?
Ağlımın, fikrimin oyaq vaxtında
Mənim ürəyimə necə yatmısan?
Anladım, hər şeyi anladım tamam,
Nə yoxsa yoxdu heç, nə var səndə var.
Şükür, ayrılığın dadını gördüm,
Hələ sevgi nədi, bilməyən də var.