Ələddin Əzimli - ALDANIŞ

Ədəbiyyat 12:06 / 23.07.2026 Baxış sayı: 391

 

Nə vaxtsa

biz olmasaq da,

yenə,

dönə-dönə

yağış da yağacaq,

gün də çıxacaq.

Lakin

adamların çoxu

bunlardan heç vaxt

xəbər tutmayacaq.

Hələ,

bizdən küsüb, inciyib

harasa uzaqlara

gedənləri demirəm.

Əllərdəcə soluxan

çiçəkləri demirəm.

Artıq itib

geri dönən yolumuz,

Yəqin çoxdan

sönüb ocaqlarımız.

Bir də axı,

qayıtmağın nə mənası?!

Bu dünyanın

çox gec bildik,

demə varmış

aldadıcı qaraltısı.