Aləmzər Sadıqqızı - Gəlim yanında gizlənim...

Ədəbiyyat 13:41 / 29.05.2026 Baxış sayı: 306

 

Tanrım, sənə bir söz deyim,

Hələ kimsəyə söyləmə.

Üfüqdə bir səadət var...

Sən canın yolda əyləmə.

 

Bir azca canım ağrıyır,

Bu canım sənə sadağa...

Ruhum qanadlanıb uçur,

Qoyma ruhuma qadağa...

 

Nə varım var, səndən altda,

Kimsə səndən uca deyil...

Mənim ən böyük sevgimsən!

Heç kim səndən qoca deyil...

 

Qoy bir az gülüm İlahi,

Sənə üzü gülər gəlim...

Dərd arxamdan çapır mənim,

Gəlim yanında gizlənim...

30.5.2025.