Əbülfət Mədətoğlu - Qurban gecəsinin ÜZRÜ
Ədəbiyyat
22:16 / 28.05.2026
Baxış sayı: 159
İndi
Qəribə səslənə bilər...
Çünki
Bunu deməmişdim
Amma düşünmüşdüm...
Kİ,
Sevdirə bilmədim sənə -
Bu həyatda
Nələr aiddirsə mənə,
Yəni,
Nə sözümü,
Nə özümü...
Hətta,
Nə də
Güzgüdə
Bir-birini görən
Gözümü!..
Bağışla,
Qurban gecəsinə
Sevmədiyin ÜZÜMÜ!