Bəhram Bilaloğlu - Azadlığın rəmzidir üçrəngli şanlı bayraq

Ədəbiyyat 15:37 / 28.05.2026 Baxış sayı: 340

Azadlığın rəmzidir üçrəngli şanlı bayraq,

Şəhid qanı göyərdir dirçəltdiyin bu torpaq.

 

Övladların unutmaz, “Vətən!” deyər, dad çəkər,

Şərəf, ləyaqətilə, qanıyla qeyrət əkər.

 

Mübarizlər ölkəsi, tanıyır dünya səni,

Yaşatdığın qürurla düşmən alır hey qəmi.

 

Mən Vətən övladıyam, yazıram fərəh ilə,

Yaşayıram adınla, fəxr edirəm səninlə.