Tural Cəfərli - İçimdə
Ədəbiyyat
13:29 / 27.05.2026
Baxış sayı: 356
Hara getsəm, hara qaçsam,
Daşıyıram söz içimdə.
Hara qonsam, hara uçsam,
Yaşayıram öz içimdə.
Daş da bilir, necəyəm mən,
Kimsəsiz bir küçəyəm mən.
Yorğun düşmüş gecəyəm mən,
Gücün çatır, döz içimdə…
Yol gedirəm, yoluma bax,
Sağıma bax, soluma bax.
Ölümə bax, oluma bax,
Allah salıb iz içimdə