Şövkət Zərin Horovlu.-  Küsür məndən

Ədəbiyyat 18:33 / 26.05.2026 Baxış sayı: 181

 

Ta şeir yaza bilmirəm,

Sözlərim düşür qələmdən.

Mən həmin adam deyiləm,

Duyğulaım küsür məndən.

 

Öz içimə çəkilirəm,

Xəzəl kimi tökülürəm.

Dərdlərimə bükülürəm,

Ağrılarım küsür məndən.

 

Tale qovdu qıraq oldum,

Əl yetmədi uzaq oldum .

Bir sevdaya yasaq oldim,

O çağlarım küsür məndən.

Yandan ötdü sevgi yeli,

Süpürlədi ayı ili.

Səngimir gözümün seli,

Yanaqlarım küsür məndən.

Yaş yükünə dözə bilmir,

Havmar yolda gəzə bilmir,

Bilmirəm, günahım nədir,

Ayaqlarım küsür məndən?

 

Yollar keçdim çətin-çətin,

Hər ağrıya durdum mətin.

Vaxtı daralıb Şövkətin,

Yaxınlarım küsür məndən.

 

2026