Fərhad Tapdıqoğlu - Yumorlu kəlamlar

YAZARLAR 10:26 / 25.05.2026 Baxış sayı: 425

 

 

Bir az da təbəssüm

 

"Gözlərinizin çəkdiyi yollarda" cərimə ödəməyəcəksiniz .Hələlik qanun qəbul edilməyib.

=

Qizu kababının tikəsi,

Minik maşınının bahalısı,yekəsi...

=

Ağıllı başın olinca ,var-dövlətin,mal-mülkün,bahalı maşının olsun.

=

Çox danışıb sonra susan qadın ,danışığının davam etməsi üçün " balansında kifayət qədər vəsait olmayan qadın ( konturu qurrarıb)"

=

Qadın var ərinin qoruyucu hakeridir,onun qayğısını çəkir...

Qadın var ərinin qırıcı hakeridur,onun ürəyini qırır ,infarkt edir...

=

Arvadına söz deyə bilməyən kişi,arvadı tərəfindən " bloka atılmış,yəni bloklanmış kişidir"

=

Oğlanın atdığı subaylıq daşı gedib dul qaynanasının başına dəyib.

=

Sağ əlin aldığı rüşvəti sol əl bilməməlidir.

=

Qaşını aldıran "kişilərə" "gözün üstə qaşın var" deməzlər.

=

Çöldə başında panama,

evdə isə başında qapaz olan kişilər...

=

Uşaq bağçası- bağçanın müdirəsinə hədiyyə boxçası.

=

Ağıllı başın olunca,bir məmur qardaşın olsun.

=

Gözəllikdən qırx günə doysa da, yağlı vəzifədən,puldan, ləl-cəvahiratdan qırx ildir ki,doymaq bilmir.

=

İndi "reket"adlandırılanlara keçmişdə "gördüklərindən göz kirəsi istəyənlər " deyirmişlər.

=

O yanı saxta,bu yanı saxta,

Şahqulu müdir kabinetdə ,otaqda.

=

Sənə yamaq adamın olunca,yamaqlı paltarın olsun.

=

Cırıq paltarlar dəbə minəndən sonra evlərdə iynə ilə sap da arxivə getdi.Qadınların işi bir az da yüngülləşdi.

=

Qarnını "otarmaq" üçün "müftə sahə " axtarışındadır.

=

Toy günü bəyin qolundan bərk-bərk yapışan gəlin ,toydan bir müddət keçəndən sonra onun yaxasından yapışdı.

=

Milyonun biri qaydadır,

İki milyon da faydadır.

Üç milyon dəm gətirər,

Dörd milyonu cəm götürər,

Çıxdı beşə,vur on beşə,

Pul nədi,say nədi?!

P.S.Acgöz məmurlara "tövsiyyə".

"Çayın biri qaydadır" yadıma düşdü,yazdım.

=

"Filankəs gəzməyə dağa çıxdı,

Dedilər bəxtəvər "vurmağa " çıxdı.

P.S.M.Füzuliyə rəhmət

=

İimkanları geniş olmayan insanlar üçün gözəl ,bahalı məkanlarda yeyib-içməyin ləzzəti ,hesab ( şot) təqdim olunana qədərdi.

=

Ev sahibi qapının gözlüyündən hamıya bir gözlə baxsa da,qapını hamıya açmaz.