Tofiq Əmrahov - Darıxıram...
O, doğma, qəhrəman kəndim olan Todanım üçün datıxıram...
O kəndin qəbristanlığında
uyuyan atamın, şəhidlərimizin qəbrlərini ziyarət etmək üçün
darıxıram...
Səhərlər dağların qoynundan süzülən dumanlar üçün darıxıram...Axşamlar həyətlərdən samovardan kəkotu
ilə dəmlənən çayın qoxusu üçün darıxıram...uşaqlarımın ayaq izləri qalan cığırlar üçün darıxıram.
Hər daşlnda, qayasında bir xatirə gizlənən doqqazlar üçün darıxıram...
Kəndin qoca ağacları altında edilən söhbətlər, əhdi- peyman üçün darıxıram
Yay gecələrinin ulduz dolu səması üçün darıxıram
Bir "xoş gəldiniz" kəlməsinin ürəyi isidən səmimimiyyəti üçün darıxıram. Bir də nənəmin, ana əvəzi bildiyim Gülgəz mamamın həyətdən səslənən o doğma səsi üçün darıxıram.
O kəndin qəbristanlığında uyuyan atam İsmayılın qəbri üçün, baş daşına toxunub bir "Ata" demək üçün darıxıram...
O, torpağın səssizliyində onun nəfəsini duymaq üçün darıxıram. Ruhuna oxunan duaların küləklə göyə qarışdığı anlar üçün darıxıram...
O, müqəddəs, həm uşaqlığımı, həm atamı bağrında saxlayan torpaq üçün darıxıram
Hər ovcunda bir xatirə, hər daşında bir nisgil yaşayan kəndim üçün darıxıram.
Düşmənlərə öz sərt üzlərini göstərən igidlərlə görüşməyə tələsirəm
Qəhrəman övladlarla keçdiyimiz döyüş yolları üçün darıxıram...hər qarış torpağı igidlərin qanları ilə yoğrulan o müqəddəs izlər üçün darıxıram
Dağlarında mərdlik nəğmələri dolaşan,
Daşlarında şəhid nəfəsi yaşayan o yerlər üçün darıxıram...
Todan təkcə bir kənd deyil...o kənd bir tarixdi, bir namus qalasıdı o kənd..'.bax,, o kəndim" üçün darıxıram...
----
Küləyində, yağışında, qarında işıqları sönən, günlərlə işıqsız qalan kəndim üçün darıxıram
Çünki, o çətinliklərin içində " özümünkü" olan bir həyat da vardı...qaranlıqda şam işığında edilən söhbətlər, hamının bir- birinə daha yaxın olan axşamlar üçün darıxıram
Mənə dərs deyən müəllimlərim üçün, həyatdan köşən qonşularım üçün darıxıram
Bir sözlə...-Güllü- çiçəkli dağlarımız üçün
Alçaıı bulağı üçün
Cambaz dağı üçün
Kürək çayının balıqları üçün
Avazlı üçün...nələr, nələr üçün darıxıram
Cəmi cümlətanı 5-cə km
məsafəyə asfalt yol çəkiləsi, lakin çəkilməsi müşkül məsələyə çevrilən Todanım üçün darıxıram
----
Evim, həyətim...mənsiz açılmayan qızıl güllərim üçün...məndən küsüb inciyən evim üçün...
Uşaq vaxtı çəkdiyim əzab-əziyyətlərə dözdüyüm həyat üçün...bu günlərdə də kədərlə yüklənmiş həyatım üçün, özüm üçün darıxıram...
Gözlə, kəndim mənim, Todanım mənim! -Qismət olsa gələcəyəm...səninlə görüşməyə, dərdləşməyə gələcəyəm
Bil ki səndən ötrü çox darıxmışam...