XƏBƏRDARLIQ- sabah  hava  küləkli  olacaq

Gündəm 17:28 / 24.05.2026 Baxış sayı: 316

Sabah, yəni mayın 25-də Bakıda və Abşeron yarımadasında, 25-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Yenises.az bildirir ki,  bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumat  da qeyd  olunub  ki, Bakıda və Abşeron yarımadasında,  eləcə də  bölgələrdə  sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.